"Bakı"nın sabiq baş məşqçisi Boşko Bandoviç karyerasını yenidən Taylandda davam edəcək.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis "Praçuap"la müqavilə imzalayıb. Hazırda bu komanda turnir cədvəlində 16 komanda arasında 14-cüdür. 54 yaşlı mütəxəssis 2012-2013 mövsümündə "Bakı"nı çalışdırıb. O, 2017-2020-ci illərdə isə Şeydayevin komandası olan "Buriram Yunayted"də baş məşqçi işləyib.
Bandoviçin son iş yeri Vyetnamın "Hanoy" klubu idi.