Estoniya milli komandasının sabiq forvardı, Azərbaycan legioner həyatı yaşamış "Neftçi"nin keçmiş hücumçusu Vladimir Voskoboynikov Sportal.az saytına açıqlama verib. O, Azərbaycan millisinin Tallindəki qələbəsini şərh edib:
"Matçdan əvvəl favorit Estoniya millisi idi. Ona görə də, Azərbaycan millisinin qələbəsi gözlənilməz oldu. Çünki millimizin qalib gələcəyini gözləyirdim. Demək olar ki, Estoniya ən pis oyunlarından birini oynadı. Amma Azərbaycan millisi haqda da xoş sözlər demək lazımdır. Çox intizamlı, yaxşı və qol epizodlarında dəqiq oynadılar".
Voskoboynikov, Azərbaycan millisinin heyətində bəyəndiyi futbolçuların adını da açıqlayıb: "Azərbaycan millisi bu görüşdə yaxşı oynadı. Daha çox Emin Mahmudov və Anton Krivotsyuku bəyəndim. Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi məqsədəuyğun idi. Hazırda sonuncu pillədə Estoniya qərarlaşıb. Azərbaycanla oyundan sonra hazırkı durumun qeyri-adi olmadığını demək mümkündür. Amma futboldur da, bir anda hər şey dəyişə də bilər. Mənə görə Azərbaycan və Estoniya millisi eyni səviyyədədir. Sadəcə, bəzən detallar həlledici olur. Azərbaycan milisiini canlı gördüm. Analiz etdim. Çox bəyəndim".
Mirbağırağa
saytlarin hazirlanmasi