Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komandasının AVRO-2024-ün seçmə mərhələsindəki uğurlu çıxışı ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, "Record"a danışan təcrübəli futbolçu final mərhələsinə vəsiqə qazanmaqları haqda emosiyalarını bölüşüb:
"Yaxşı oynayırıq, hər görüşdə qalib gəlirdik. Millidə olduğum müddətdə və hətta komandanın tarixində belə asan seçmə mərhələni xatırlamıram. Asan deməyim, axı belə olmasını özümüz etmişik. Bir çox insanlar bunun qrupla bağlı olduğunu deyir. Amma buna bənzər vəziyyət əvvəllər də olmuşdu, həmişə 2-3 güclü komanda yer alırdı, sonda hər şey hesablamalara gedirdi. Bu fikirlə razı deyiləm, Portuqaliya əla oynadığı üçün Avropa çempionatına vəsiqə qazandı. Bizim əla komandamız, əla məşqçimiz var və final mərhələsinə çıxmağa layiq idik. Artıq məqsədimizə çatmağımız təsadüfi deyil".
Qeyd edək ki, Portuqaliya Slovakiya, Lüksemburq, Bosniya və Herseqovina, İslandiya və Lixtenşteynlə birlikdə J qrupunda yer alıb. Roberto Martinezin rəhbərlik etdiyi kollektivin qrupdakı son üç matçını Bosniya və Hersoqvina, Lixtenşteyn və İslandiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi