Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya yığmasını məğlub edərək yer aldığımız qrupda xallarının sayını 4-ə çatdırdı.
Artıq oyunun 9-cu dəqiqəsində millimiz Toral Bayramovun vurduğu qolla hesabda irəli çıxdı. Fasilə ərəfəsində isə Ramil Şeydayev penalti zərbəsi ilə fərqlənərək millimizə 2:0 hesablı qələbə qazandırdı.
Sportal.az saytı bu oyunda yaşanmış bir epizodla bağlı maraqlı məlumat əldə edib. Bu, Estoniya yığmasının qapısına verilən penalti ilə əlaqəlidir. Əksəriyyət həmin məqamda millimizin hücumçusu Mahir Emrelinin yersiz şəkildə etiraz etdiyi üçün sarı vərəqə aldığı fikrindədir.
Maraqlıdır ki, top rəqibin əlinə dəyəndən sonra alman baş hakim futbolçularımıza epizodun incələndiyini və penaltinin olmadığını deyib. Məhz bundan sonra Emreli sərt şəkildə Robert Şröderə etirazını bildirib. Bu epizod ətrafında etirazların böyüdüyünü görəndə, VAR-dan baş hakimi monitor qabağına çağırıblar ki, özü baxıb qərar versin. Nəticədə Estoniyanın qapısına penalti təyin olunub.
saytlarin hazirlanmasi