İtaliyada sürətli və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.
Sportal.az xəbər verir ki, Azərbaycanı müsabiqədə Məhəmməd Muradlı və Gövhər Beydullayeva təmsil ediblər.
Muradlı 9,5 xal toplayaraq blits üzrə birinci yeri tutub. Beydullayeva 8,5 xal toplayaraq üçüncü olub.
Reytinqə görə, Muradlı 39 iştirakçı arasında ikinci, Beydullayeva isə 23 iştirakçı arasında ikinci yeri tutub.
Xatırladaq ki, daha əvvəl xanım idmançımız rapid üzrə dünya çempionu, Muradlı isə 13-cü yeri tutub.
saytlarin hazirlanmasi