İngiltərə millisinin sabiq üzvü Səudiyyə Ərəbistanı klubunda

11:24 - 16 Oktyabr 2023

İngiltərə millisinin sabiq üzvü Cessi Linqard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, “Əl-İttifaq” 30 yaşlı yarımmüdafiəçini transfer etməyə hazırlaşır.

İngilislər 2024-cü ilin yanvarında ərəb klubu ilə müqavilə imzalayacaq.

30 yaşlı futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Lester”, “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”, “Nottingem Forest” klublarında oynayıb.

Xəbər xətti