Millimizin üzvü Avstriya ilə matç haqda: "Xal qazana biləcəyimizə inanıram"

13:19 - 16 Oktyabr 2023

"Estoniya ilə matça ciddi hazırlaşmışdıq. Qələbə qazanacağımıza inanırdıq. Bunu da bacardıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

Milli komandamızın üzvü AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə görüşü haqda danışıb. O, Tallindəki qələbəni şərh etdikdən sonra bu gün Avstriya ilə Bakıda keçiriləcək oyundan gözləntilərini bildirib:

"Avstriya qrupda ikinci pilləni tutur. Amma xal ala biləcəyimizə inanıram. İstəyərdik ki, qələbəmizin davamı gəlsin, azarkeşlərimizi sevindirmək istəyirik".

Mirbağırağa
 

Xəbər xətti