"Tottenhem"in müdafiəçisi Erik Dayer İtaliyaya köçə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “fair-pley" məhdudiyyətlərinə görə "canavarlar" qışda futbolçunu icarəyə götürə, ya da hazırkı klubu ilə müqaviləsi başa çatmaq üzrə olan futbolçunun transfer hüququna sahib çıxa bilər.
Romalıların baş məşqçisi Joze Mourinyo Dayeri sərəncamında görmək istəyir. Futbolçunun londonlularla müqaviləsi mövsümün sonunda başa çatacaq.
O, İngiltərə təmsilçisi ilə müqavilə müddətini yeniləmək istəmir və növbəti "transfer pəncərəsi"ndə "Tottenhem"i tərk etməyə hazırdır.
29 yaşlı futbolçu “Sportinq”də oynadıqdan sonra 2014-cü ildə “Tottenhem”ə keçib. O, 2015-ci ildən İngiltərə millisinin üzvüdür.
saytlarin hazirlanmasi