21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Azersun Arena”da Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulub.
Qeyd edək ki, Səfərov dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanın əsas millisinin heyətində Avstriyaya qarşı oynayıb.
saytlarin hazirlanmasi