Azərbaycanın U-21 yığması AVRO-2025-in seçmə mərhələsində bu gün növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Lüksemburla üz-üzə gəlib.
"Azersun Arena"da baş tutan qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb..
Yığma komandamız bundan əvvəlki görüşlərində Serbiya (0:2) və Şimali İrlandiyaya (0:1) məğlub olub.
AVRO-2025
17 oktyabr
18:00 Azərbaycan U-21 - Lüksemburq U-21 3:2
Qollar: Nəriman Axundzadə, 41 (pen), Yohann Torres, 88 (avtoqol), Ağadadaş Salyanski, 90+1 - Rayan Berberi, 45+5, leon Elşan, 59
"Azersun Arena"
Baş hakim: Dmitri Muntyan (Moldova)