AVRO-2025-in seçmə mərhələsində F qrupunda yer alan Azərbaycanın U-21 yığmasının rəqibləri növbəti oyunlarını keçirib.
Sportal.az xəbər verir ki, Ukrayna yığması evdə İngiltərəni məğlub edib. Şimali İrlandiya isə Serbiyaya uduzub.
Ukrayna (U-21) – İngiltərə (U-21) 3:2
Qollar: Voloşin 31, Oçeretko 43, Kvasnitsa 90+4 – Madueke 67, Kresvel 89
Şimali İrlandiya (U-21) – Serbiya (U-21) 1:2
Qollar: Makquki 51(p) – Luçiç 15, Pantoviç 82
Ukrayna hazırda 9 xalla qrupda liderdir. Xalı olmayan Azərbaycan qrup sonuncusudur.
Xatırladaq ki, bu gün Azərbaycan millisi evdə Lüksemburqla qarşılaşacaq.
saytlarin hazirlanmasi