“Yuventus” Federiko Qattini buraxmaq fikrində deyil.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora” müdafiəçi ilə müqavilə müddətini artırmaq istəyir.
25 yaşlı futbolçu ilə ilkin razılıq əldə edilib. Onun yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər olacaq.
Qatti “Alessandriya”, “Verbania”, “Pro Patriya”, “Frosinone”də oynadıqdan sonra 2022-ci ildə “Yuventus”a keçmişdi. Qattinin hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi