Avstriyada millinin futbolçuları AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun dünən Bakıda Azərbaycana qarşı keçirilən oyundakı (1:0) performansına əsasən qiymətləndirilib.
Sportal.az xəbər verir ki, “Kleine Zeitung” nəşri avstriyalı futbolçuları 6 ballıq sistemlə qiymət verib. Qələbəyə baxmayaraq, ən yüksək bal yalnız matçdakı yeganə qolun müəllifi Marsel Sabitzerə verilib (4 bal).
Avstriyalı həmkarlarımız digər oyunçularının əksəriyyətini 2-3 balla qiymətləndirib. Ümumilikdə isə Avstriya mediası onların Bakıdakı çıxışından razı qalmayıb.
saytlarin hazirlanmasi