Premyer Liqa klubu legioneri ilə yollarını ayıra bilər

14:18 - 17 Oktyabr 2023

"Araz-Naxçıvan" qışda legionerlərdən biri ilə yollarını ayırmaq haqda düşünür.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi yayda heyətinə cəlb etdiyi Semir Bukviçin performansından narazıdır.

Buna görə də, bosniyalı qapıçının komandada qalmayacağı gözlənilir.

Böyük ehtimalla, Premyer Liqa təmsilçisi təcrübəli qapıçı ilə qışda, ən pis halda isə yayda yollarını ayıracaq.

32 yaşlı qolkiperin "Araz-Naxçıvan"la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. O, buna qədər "Olimpik", "Jelezniçar", "Travnik", "Çelik", "Sloboda Tuzla", "Mladost"(hamısı Bosniya və Herseqovina), "Varta Poznan"(Polşa) komandalarının qapısını qoruyub.  

 

Xəbər xətti