Avstriya milli komandasının yarımmüdafiəçisi Nikolas Zayvald AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Bakıda Azərbaycana qarşı(0:1) keçirilmiş görüş haqda danışıb.
Sportal.az "LAOLA1"ə istinadən xəbər verir ki, avstriyalı futbolçu millimizin müdafiəçisi Toral Bayramovun son dəqiqələrdə əldən verdiyi qol epizodunu şərh edib:
"Oyun gərgin keçdi. Çətin qələbə qazandıq. Azərbaycan millisinin üzvünün (Toral Bayramov-red) qapının önündə tək dayandığını görəndə, sadəcə qol olmaması üçün dua etməyə başladım. Topu dirəyə vurduğunu görəndə, inanılmaz dərəcədə rahat oldum. Həmin epizodda bəxtimiz gətirdi, amma hər halda, buna layiq idik".