"Bavariya"nın futbolçusu Camal Musialanın xidmətində maraqlı olan klubların sayı artmaqdadır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Liverpul"dan sonra "Real" da Münhen klubunun yarımmüdafiəçisi üçün hərəkətə keçib.
Amma Almaniya nəhəngi onu asanlıqla buraxmaq fikrində deyil. Belə ki, futbolçuya müqavilə müddətinin artırılması üçün təklif irəli sürülüb.
20 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Almaniya millisinin üzvü 2020-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.
saytlarin hazirlanmasi