Argentina millisinin kapitanı Lionel Messi yeni qitə rekorduna imza atıb.
Sportal.az “Opta”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Peru millisi ilə matçda (2:0) dubl edib ki, bu da onun dünya çempionatının seçmə mərhələsində 31-ci qolu kimi tarixə keçib.
Beləliklə, Messi Cənubi Amerika qitəsində dünya çempionatının seçmə mərhələsində 30 qol vuran keçmiş komanda yoldaşı, uruqvaylı hücumçu Luis Suaresin nailiyyətini geridə qoyub.
saytlarin hazirlanmasi