"Araz-Naxçıvan"a qarşı keçirilmiş yoxlama görüşündə zədələnən və görüşü yarımçıq tərk edən "Turan-Tovuz"ın qapıçısı Aydın Bayramovun durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yoldaşlıq oyununda topuğundan zədələnmiş qolkiper MRT müayinəsindən keçib.
Bayramovun zədəsinin ciddi olmadığı aşkarlanıb.
Premyer Liqanın 10-cu turunda "Qarabağ"la görüşdə meydanda olacağı gözlənilir. Matç oktyabrın 20-də keçiriləcək və 18:30-da baş tutacaq.