Uruqvay millisi DÇ-2026-nın seçmə mərhələsində Braziliya yığmasına 2:0 hesabı ilə qalib gəlməyi bacarıb.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, uruqvaylılar 22 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanmaq mübarizəsində Braziliyanı qabaqlayıb.
Üstəlil, onlar Cənubi Amerika zonasında səkkiz ildən sonra Braziliyaya qalib gələn ilk komanda olub.
Beşqat dünya çempionatı son dəfə 2015-ci il oktyabrın 8-də uduzmuşdu.
saytlarin hazirlanmasi