"İnter"in yarımmüdafiəçisi Xuan Kuadrado sıradan çıxıb.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, kolumbiyalının sol axilles vətərində problem yaranıb.

Kuadradonun ən azı A seriyasının növbəti turunda “Torino” ilə matçı buraxacağı dəqiqləşib.

Onun iki həftədən sonra məşqlərə qoşulacağı gözlənilir.