"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund “Mançester Siti”nin futbolçusu Erlinq Holandla müqayisə edilməsinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, "The Sun"a açıqlama verən “qırmızı şeytanlar”ın forvardı bunları deyib:
"Bizi müqayisə etməsələr daha yaxşıdır. Çünki Holand başqa səviyyədədir. Ümid edirəm bir gün onun səviyyəsinə çata biləcəm, amma indi çox tezdir. Erlinq dünyanın ən yaxşı futbolçusu deyilsə belə, dünyanın ən yaxşı hücumçusudur".
20 yaşlı danimarkalı bu yay “Atalanta”dan “Mançester Yunayted”ə keçib. Onun İngiltərə klubu ilə 2028-ci il iyunun 30-na qədərdir.