"Qarabağ"ın sabiq forvardı Çində - FOTO

15:17 - 4 Mart 2024

"Qarabağ"ın keçmiş forvardı Samuel Armenteros özünə yeni komanda tapıb. 

Sportal.az xəbər verir ki, 33 yaşlı isveçli hücumçu Çində oynayacaq.

Təcrübəli futbolçu bu ölkənin "Şenzen Penq Siti" klubu ilə anlaşıb.

O, 2024-cü il dekabrın 31-nə qədər Çin klubuna məxsus olacaq. Armenteros 2015/2016 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Xəbər xətti