"Sumqayıt" legionerinə yeni müqavilə təklif edəcək

15:17 - 23 Aprel 2024

"Sumqayıt" hazırkı legionerlərdən bir neçəsini komandada yeni mövsüm üçün saxlamaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar” Masaka Muratanın xidmətində maraqldıır.

Belə ki, “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi yaponiyalı futbolçuya müqavilə müddətini artırmağı təklif edəcək. Asiyalının yeni mövsüm üçün komandada qalmaq istədiyi iddia edilir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın “Valmeyra” klubundan “Sumqayıt”a keçmişdi. Əlavə edək ki, "Sumqayıt" yayda Bolqarıstanın "ÇSKA 1948" klubundan icarəyə götürülən Oktavio Manteka ilə yoluna davam etməyəcək.

Xəbər xətti