"Zirə" yunan müdafiəçi ilə yollarını ayırdı

14:08 - 10 İyun 2024

Ölkəmizi Avropa Liqasında təmsil edən "Zirə"də növbəti ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Dimitrios Çantakiasla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçinin kkubla müqaviləsi başa çatıb.

Qeyd edək ki, Dimitrios Çantakias 2020-ci ilin sentyabr ayından "Zirə"də çıxış edirdi. Yunan futbolçu son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti