"Azərbaycan – Qazaxıstan matçının ədalətli nəticəsi heç-heçə idi"

21:44 - 12 İyun 2024

Qazaxıstan millisinin sabiq futbolçusu Yusup Şadıyev Macarıstanda Azərbaycana qarşı keçirilmiş matçı(2:3) şərh edib.

Sportal.az xəbər verir ki, “sports.kz” portalına danışan qazaxıstanlı veteran oyunçu milli komandamızın qələbəsi barədə bunları bildirib:

“Oyun iki fərqli təəssürat yaratdı. Uşaqlar əllərindən gələni etməyə çalışsalar da, ön xətdə çoxlu səhvlər etdik. Şanslar az deyildi, sadəcə istifadə etmək lazım idi. Aymbetov və Orazovun çox yaxşı qol şansları oldu. Azərbaycanlılar topa yaxşı nəzarət etdilər və təşəbbüsə sahib idilər. Amma Qazaxıstan uduzmaya bilərdi. Azərbaycan – Qazaxıstan matçının ədalətli nəticəsi heç-heçə idi. Bizimkilər sadə vəziyyətlərdə tez-tez səhvlərə yol verirdilər. Meydançanın ortasında top itkiləri olurdu. Demək olar ki, irəliyə doğru hər üçüncü ötürmə rəqibə keçirdi. Azərbaycanlılar bu baxımdan daha inamlı görünürdülər. Amma onların qolları əsasən qazaxlı futbolçuların səhvlərindən sonra vurulurdu. Özümüzə iki qol vurduğumuzu deyə bilərik”.

Xəbər xətti