"Beşiktaş" "Qalatasaray"a müraciət etdi

14:42 - 16 İyun 2024

“Qalatasaray”ın futbolçusu Berkan Kutlu icarəyə verilə bilər.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya “Beşiktaş”dan təklif gəlib.Yeni mövsüm çempionluq uğrunda oynamağı hədəfləyən “qara qartal” Berkan üçün “Qalatasaray”a müraciət edib.

Hələ ki, “cim-bom”dan qarşı tərəfə konkret cavab verilməyib.İsveçrədə dünyaya göz açan türkiyəli “Monte”, “Sion”, “Alanyaspor” komandalarında çıxış edib və 2021-ci ildə “Qalatasaray”la anlaşıb.

O, 2023/2024 mövsümünün ilk yarısını “Cenoa”da icarə əsasında keçirib.

Xəbər xətti