"Roma"nı İngiltərə klubuna dəyişə bilər

18:46 - 16 İyun 2024

"Roma"nın hücumçusu Temmi Abraham İngiltərəyə geri qayıtmaq şansına sahibdir.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Everton" ingiltərəli forvardı heyətinə qatmağa çalışır.

26 yaşlı futbolçunu “Tottenhem”, “Vest Hem” və “Aston Villa” da heyətinə qatmaq niyyətindədir.

Zədə səbəbindən başa çatan mövsümün əsas hissəsini buraxmış forvard 8 matçda 1 qol vurub. 

Xəbər xətti