"Sabah"ın rəqibi qalib gəldi

09:34 - 5 İyul 2024

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Hayfa) yoldaşlıq görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Hayfa klubu Andorranın "İnter Eskaldes" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Sabah" İsrail klubu ilə ilk görüşünü iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti