Premyer Liqa klubundan 40 milyon funt-sterlinqlik transfer

13:30 - 6 İyul 2024

İngiltərənin "Vest Hem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vulverhempton"dan Maks Kilmanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Londonlular ingilis futbolçu üçün onun klubuna 40 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, Maks Kilman 2018-ci ilin yayından "Vulverhempton"da çıxış edirdi. 27 yaşlı mərkəz müdafiəçisi "canavarlar"ın heyətində keçirdiyi 151 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti