Azərbaycanı tərk etdi, yeni komandası da bəllidir - FOTO

21:23 - 7 İyul 2024

2023/2024 mövsümünü "Səbail"də keçirən Pedro Nuno yeni sezona Azərbaycanda başlamayacaq. Bayıl klubundan ayrıldıqdan sonra "Araz-Naxçıvan"a keçəcəyi iddia edilən portuqaliyalı Polşada oynayacaq.

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu "Korona" ilə anlaşıb.

O, Polşa klubu ilə 1+1 illik şərtlərlə müqaviləyə qol çəkib.

Portuqaliyalı "Səbail"in heyətində ötən mövsüm 34 oyun keçirmiş və 10 qol vurmuşdu.

Xəbər xətti