Fransanı yarımfinala yüksəldən qələbə - VİDEO

09:28 - 6 İyul 2024

Avro-2024-də 1/4 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, Fransa millisi Portuqaliya ilə üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Didye Deşamın yetirmələri yarımfinala yüksəlib.

Fransa yığması yarımfinal mərhələsində Almaniyanı mübarizədən kənarlaşdıran İspaniya seçməsi ilə qarşılaşacaq.

Portuqaliya - Fransa 0:0
Penaltilər:
3:5

Xəbər xətti