SON DƏQİQƏ: Kadi Borgesin yeni klubu bəlli oldu - RƏSMİ

16:53 - 8 İyul 2024

"Qarabağ"ın sabiq futbolçusu Kadi Borgesin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, "Krasnodar"a məxsus olan braziliyalı vinger "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Kadi Borges 2021-2023-cü illər ərzində "Qarabağ"da çıxış edib.

Xəbər xətti