PSJ "Lids"in legionerini transfer etməyi planlaşdırır

10:34 - 5 İyul 2024

PSJ heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Liqa 1 çempionu "Lids"də oynayan Krisensio Summervili heyətinə qatmağı planlaşdırır.

Fransa klubu 22 yaşlı vinger üçün artıq ilkin addımları atıb.

Transfer dəyəri 20 milyon avro olan futbolçu ümün lazım olan təzminat ödəniləcək.

O, ötən mövsüm 43 görüşdə meydana çıxıb, 19 qol vurub və 9 asist edib.

Niderlandlı karyerası ərzində "Feyenoord", "Dordrext", "ADO Den Haaq" klublarında oynadıqdan sonra 2020-ci ildə "Lids"ə keçib.

Xəbər xətti