"Sabah"ın rəqibində növbəti ayrılıq baş tuta bilər - Ailəsi təzyiq edir

13:34 - 5 İyul 2024

"Sabah"ın rəqibi müharibə səbəbindən əcnəbi futbolçusuz qala bilər Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan İsrailin “Makkabi”si (Hayfa) kubu əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.

Sportal.az "ONE" portalına istinadən xəbər verir ki, Hayfa klubu Daniel Sundqrenlə müqaviləyə xitam verilməsi ilə bağlı razılıq əldə edib. İsveçlinin komandadan ayrılmaq istəməsinin səbəbi isə İsraildə davam edən müharibədir.

Futbolçuya “Makkabi”ni tərk etməsi üçün ailəsi böyük təzyiq göstərir. Onlar Sundqreni ölkəni tərk etməyə çağırır.

"Makkabi"nin isveçliləri öz sıralarında saxlamaq istəyinə baxmayaraq, bu məsələdə vəziyyət pisləşərsə, istəklərinə nail olmaq çətin alınacaq. “Sabah” və “Makkabi” matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Xəbər xətti