"Səbail" Türkiyəyə yollandı

14:18 - 5 İyul 2024

"Səbail" yeni sezonun hazırlıqları üçün Türkiyəyə uçub.

Sportal.az xəbər verir ki, iyunun 27-də Bakıda bir araya gələn Bayıl təmsilçisi toplanışın ikinci mərhələsi üçün Ərzuruma yollanıb.

"Səbail" Türkiyədə üç yoxlama matçı keçirəcək.

Belə ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv iyulun 11-də "Ərzurumspor", 13-də "Hatayspor"la üz-üzə gələcək. Üçüncü rəqibin kimliyi isə bəlli deyil.

"Dənizçilər"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Xəbər xətti