Azərbaycan klubları avrokuboklarda iştirakdan imtina edə bilər

18:59 - 5 İyul 2024

Basketbol üzrə ölkə kubokunun qalibi "Neftçi" və ABL-nin finalçısı "Xəzri" avrokuboklarda iştirak etməyə bilər.

Sportal.az offsideplus.az-a istinadən xəbər verir ki, buna səbəb maliyyə məsələləridir.

Adıçəkilən komandalar gələn həftə klubdaxili iclas keçirəcək və yekun qərar veriləcək.

Qeyd edək ki, bu məsələdə problem yaşamayan yeganə klub "Sabah"dır. Son ölkə çempionu avrokuboklara hazırlıq məqsədi ilə indidən heyətini gücləndirməyə başlayıb.

Xəbər xətti