Babək Quliyev Konfrans Liqası matçına təyinat aldı

14:40 - 19 İyul 2024

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

Xəbər xətti