"Roma"nın yayda heyətinə qatdığı Mats Hummels komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, alman müdafiəçi az oynamasından narazıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
35 yaşlı futbolçu yanvar ayında A Seriyası təmsilçisindən ayrılmaq və yenidən ölkəsinə qayıtmaq istəyir.
Qeyd edək ki, Mats Hummels "Roma"nın heyətində 1 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi