Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" bu turda "İnçhon Yunayted"in qonağı olub və 2:1 qalib gəlib.
Krivotsyuk bu görüşə start heyətdə meydana daxil olub. O, 15-ci dəqiqədə qol vurub. Görüşün 90+1 və 90+3-cü dəqiqələrində isə sarı vərəqələr alaraq meydandan qovulub.
“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi