Olimpiya çempionu Hidayət Heydərov "Neftçi"nin qonağı olub.
Sportal.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində klub rəhbərliyi, baş məşqçi və futbolçularla görüşən cüdoçu Misli Premyer Liqasının “Qarabağ”la 15-ci tur oyunu ərəfəsində “ağ-qaralar”ın məşqini izləyib.
Komandanın üzvləri ilə söhbətləşən Hidayət Heydərov uşaqlıqdan “Neftçi” azarkeşi olduğunu bildirərək, paytaxt təmsilçisinə dəstək nümayiş etdirib və uğurlar arzulayıb.
saytlarin hazirlanmasi