"Uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı"

13:23 - 16 Fevral 2025

"Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in futbolçusu Turan Manafov klubun mətbuat xidmətinə danışıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ən yaxşı seçilməsi ilə bağlı bunları deyib:

"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".

Xatırladaq ki, Manafovun qol vurduğu görüşdə "Kəpəz" "Turan Tovuz"u 5:2 məğlub etmişdi. 

Xəbər xətti