Bəhlul Mustafazadə: "Millidə hər şey qaydasındadır"

16:33 - 21 Mart 2025

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Haiti yığması ilə yoldaşlıq görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Haiti millisi bizə tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir.

- Millidəki ab-hava necədir?

- Ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik.

- Millidə təcrübən çoxdur, amma təcrübəsi az olan oyunçular var. Onlarla uyğunlaşma necədir?

- Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.

- Bu matçda sizin üçün nəticə qazanmaq vacibdir?

- Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir.

Mirbağırağa

Xəbər xətti