"Yayda avrokuboklarda daha da güclü "Qarabağ" görəcəyimizə inanıram"

11:49 - 10 Aprel 2025

"Qarabağ"ın sabiq forvardı və məşqçisi Nazim Əliyev Sportal.az saytına açıqlama verib.

Təcrübəli mütəxəssis bu sezon Ağdam təmsilçisinin bu sezonki performansını dəyərləndirib:

"Qarabağ"ın bu sezon çempion olacağına yəqin ki, heç kimin şübhəsi yoxdur. Çünki çox xal yığıblar və ən yaxın izləyicilərindən də xeyli qabaqdılar. Bu mənada, "Qarabağ"ın bu sezon çempion olacağı dəqiqdir. Ölkə kubokunda da yarımfinaldadırlar, doğrudur ilk görüşdə uduzublar, amma ikinci görüşdə lazım olan nəticəni qazanmaq mümkündür. Lakin "Araz-Naxçıvan" da zəif komanda deyil, bərk kollektivdir və yaxşı hücumları var, yaxşı müdafiə olunurlar. Hər halda, cavab görüşü maraqlı olacaq".

"Qarabağ"ın keçmiş hücumçusu komandanın transferə ehtiyacı olub-olmadığını deyib:

"Qarabağ" avrokuboklar üçün yəqin ki, heyətə yeni oyunçular cəlb edəcək. Kadi Borgesi komandaya qaytardılar. Doğrudur, yeni transferlərə ehtiyac var. Həm müdafiə, həm hücum ,həm də yarımmüdafiənin mərkəzinə. Düşünürəm ki, onlar bu transferləri reallaşdıracaqlar. Yayda avrokuboklarda daha da güclü “Qarabağ” görəcəyimizə inanıram".

Xəbər xətti