Əfsanəvi futbolçu Erik Kantona bildirib ki, "Mançester Yunayted"ə kömək təklif edib.
Sportal.az xəbər verir ki, Kantona təklif etsə də, klub onun müraciətinə cavab verməyib:
"Çox işləyirəm, filmlər və seriallar çəkirəm. Bunu futboldan getdikdən sonra uzun müddətdir edirəm. Oktyabrın sonuna qədər çəkilişlərdə məşğul olacağam, amma onlara dedim ki, bunu təxirə sala bilərəm, kluba fokuslanaram və onlara yenidənqurma işində kömək edərəm.
Amma onlara fərqi yoxdur. Olsun, mənə də artıq fərqi yoxdur, çünki mən işimlə məşğulam. Heç nə istəmirəm. Sadəcə, 'Mançester Yunayted'i bu vəziyyətdə görmək mənə kədərlidir. Özüm və özümə olan hörmətim naminə bunu etməliydim və etdim. Amma onlar buna əhəmiyyət vermədi, indi mən də vermirəm. Onlar başqa yol seçdilər, fərqli strategiya, fərqli layihə," – deyə "Mançester Yunayted"in keçmiş futbolçusu bildirib.
Kantona yeni stadion planları barədə də danışıb:
"‘Arsenal’ ‘Highbury’dən köçəndə ruhunu itirdi. ‘Liverpul’ ‘Enfild’siz oynaya bilməz, biz də ‘Old Trafford’suz. Mən belə qərarları sevmirəm, nifrət edirəm."