Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

17:10 - 11 Aprel 2025

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarının ən yaxşısı məlum olub.

Sportal.az xəbər verir ki, "Arsenal"da çıxış edən Deklan Rays qitənin ən nüfuzlu klub turnirində həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi PSJ-dən Xviça Kvaratsxeliya, "Barselona"dan Robert Levandovski və "İnter"dən Alessandro Bastonini qabaqlayıb.

Qeyd edək ki, Deklan Rays "Arsenal"ın "Real"ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə 80 dəqiqə meydanda olub. 26 yaşlı futbolçu qarşılaşmada cərimə zərbəsindən 2 qol vurub.

Xəbər xətti