Məhəmməd Salah "Liverpul"da qaldı - RƏSMİ

16:51 - 11 Aprel 2025

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salahın gələcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, misirli ulduz Premyer Liqa nəhəngində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Salahla 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib. 32 yaşlı vinger bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti