"Çelsi" "Real"a 120 milyon avro ödəməyə hazırdır

19:11 - 10 Aprel 2025

"Real"ın futbolçusu Rodriqo İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Rodriqonu heyətinə qatmaq üçün "Real"la danışıqlara başlamağa hazırlaşır. "Çelsi" 24 yaşlı ön xətt oyunçusu üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti