Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, səfərdə "Samsunspor"un qonağı olan "Qalatasaray" 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qalatasaray" 74 xalla liderliyini davam etdirir. "Samsunspor" isə 51 xalla 3-cü pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
31-ci tur
"Samsunspor" - "Qalatasaray" 0:2
Qollar: Y. Akgün, 14, V. Osimhen, 46