"Ayın qolu" layihəsinin qalibi mükafatlandırıldı

16:56 - 10 Aprel 2025

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, MOİK klubunun futbolçusuna mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Xəbər xətti