Polşa mətbuatı "Qarabağ"ın qapıçısı haqda: Baş məşqçi ona ümid bəsləsə də, ehtiyat skamyasına da göndərir

15:58 - 11 Aprel 2025

Polşa mətbuatı "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin çıxışına münasibət bildirib.

Sportal.az "meszyki.pl" portalına istinadən xəbər verir ki, polyaklar Mateuşun Ağdam klubunda bəzən ehtiyat skamyada oturmasından da bəhs edib: 

"Mateuş Koxalski çox qəribə vəziyyətə düşüb. "Qarabağ”ın baş məşqçisi qapıçının xidmətindən kifayət qədər təəccüblü şəkildə istifadə edir. Keçən il avqustun ortalarında Koxalski klubunu dəyişdikdən, “Stal”dan “Qarabağ”a keçdikdən sonra o, indikindən daha çox oyun keçirird. Onun komandadakı hazırkı mövqeyi qəribədir. Belə ki, bu il yanvarın sonundan etibarən polşalı qolkiper hər ikinci matçda meydana çıxıb. Azərbaycan komandasının çalışdırıcısı 24 yaşlı futbolçuya həm çempionatda, həm də kubokda ümid bəsləsə də, eyni zamanda onu müntəzəm olaraq ehtiyat oyunçular skamyasına da göndərir. Koxalski “Qarabağ”a keçdikdən sonra bütün turnirlərdə 21 oyun keçirib. O, səkkiz qapını təmiz saxladı".

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov qapıçı mövqeyində tez-tez rotasiyalar edir.
 

Xəbər xətti